Karateçilərimiz dünya çempionatında iştirak edəcəklər

Karateçilərimiz dünya çempionatında iştirak edəcəklər

Azərbaycan karateçiləri tələbələrin 9-cu dünya çempionatında iştirak edəcəklər. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Monteneqronun Bar şəhərində nüfuzlu yarışa 7 idmançımız yollanmışdır.

Məşqçilər heyəti kumite yarışlarında Əmir Məcidov (60 kq), Niyazi Əliyev (67 kq), Vüsal Kamallı (75 kq), Pənah Abdullayev (84 kq), Asiman Qurbanlıya (84 kq-dan yuxarı), kata nümayişində isə Tural Balcanlı və Ədilə Qurbanovanın çıxışına üstünlük vermişlər. Onlar həm də komanda yarışlarına qatılacaqlar.

Karateçilərimiz iyunun 23-də Bakıya dönəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə