"Qalatasaray"a gələcəyi bildirilən Ukraynanın "Şaxtyor Donetsk" klubunun baş məşqçisi Mirça Luçesku son qərarını açıqlayıb. Luçesku "Qalatasaray"a baş məşqçi postunda çalışıb-çalışmayacağı ilə bağlı mətbuat konfransı keçirib.
""Şaxtyor Donetsk" klubunda bundan sonra 10 il də qala bilərəm. Bu komanda ilə çalışdığım üçün xoşbəxtəm. Daha uzun müddət məndən "gedirəm" kəlməsini eşitməyəcəksiniz", deyə Luçesku bildirib. Mətbuat konfransı ilə bağlı məlumat "Şaxtyor Donetsk" klubunun rəsmi internet səhifəsində yerləşdirilib.
Xatırladaq ki, Mirça Luçesku "Şaxtyor Donetsk"də baş məşqçi olana qədər Türkiyənin "Qayalasaray" və "Beşiktaş" klublarını çalışdırıb. Onu da qeyd edək ki, Mirça Luçeskunun "sarı qırmızılar"a baş məqçi gələcəyi bildirilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB