Dünya çempionatında E qrupunun ilk matçında İsveçrə və Ekvador yığmaları üz-üzə gəlib
İsveçrədən əzmkar qələbə

Dünya çempionatında E qrupunun ilk matçında İsveçrə və Ekvador yığmaları üz-üzə gəlib. Oyunda ilk qolu Ekvador millisi vursa da, Avropa təmsilçisi ikinci hissədə geri dönüş edə bilib. Belə ki, avropalılar ikinci hissənin əvvəllərində hesabı bərabərləşdirə bilib. Görüşün son saniylərində isə İsveçrə qələbə qolunu vuraraq 2:1 hesabı ilə qalib gəlib.

Qrupunda digər oyununda Fransa Hondurasla münasibətlərinə aydınlıq gətirəcək. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 00:00-da veriləcək.

Gecə saatlarında isə F qrupunun ilk görüşündə Argentina millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq.

15 iyun

E qrupu

21:00. İsveçrə - Ekvador - 2:1

Qollar: Valensia, 22 (0:1), Behrani, 48 (1:1), Seferoviç, 90+3 (2:1)

Baş hakim: Rövşən İrmatov (Özbəkistan)

Bütün xəbərlər Facebook səhifəmizdə