"DÇ-2014"ün C qrupunda Kolumbiya millisi Yunanıstana 3:0 hesabı ilə qalib gəlib. Kolumbiya millisi dünya çempionatında ən erkən qolunu vurub. Bu, yığmanın "DÇ-2014"ün C qrupunda Yunanıstanla oynadığı matçda baş verib. Komandanın futbolçusu Pablo Armero sözügedən görüşün 5-ci dəqiqəsində hesabı açıb və Kolumbiya millisinin bütün dünya çempionatları tarixində vurduğu ən erkən qolun müəllifi olub.
Xatırladaq ki, bu matça kimi Kolumbiya millisinin dünya çempionatındakı ən erkən qolunu 1962-ci ildə Françisko Zuluaga Uruqvayla matçın 19-cu dəqiqəsində vurmuşdu.
"Dünya çempionatında ilk dəfə iştirak edən xeyli futbolçumuz olsa da, parlaq qələbə qazandıq. Qələbə qazanmaq üçün çox şadam. Bu, bizim üçün çox yaxşı başlanğıc oldu". Bu sözləri Kolumbiya millisinin baş məşqçisi Xose Pekerman "DÇ-2014"də Yunanıstan üzərində qələbədən sonra deyib.
"A Bola"ya danışan təcrübəli mütəxəssis hələ heç nəyə nail olmadıqlarını bildirib: "Biz Kolumbiya yığmasının dünya çempionatında yaxşı çıxış edə biləcəyini göstərdik. Ancaq biz hələ heç nəyə nail olmamışıq. Bu, sadəcə ilk oyunumuzdur. Sabahdan Fil Dişi Sahili ilə oyun haqda düşünəcəyik".
Qeyd edək ki, "DÇ-2014"ün ilk matçında Yunanıstanla qarşılaşan Kolumbiya rəqibinə 3:0 hesabı ilə qalib gəlib.
C qrupu
21:00. Kolumbiya - Yunanıstan - 3:0
Qollar: Armero, 5 (1:0), Teofilo Quterres, 58 (2:0), Ceyms Rodriqes, 90+3 (3:0)
Hakim: Mark Qayqer (ABŞ)
Belo Horizonte. "Mineyrao" stadionu
Kolumbiya: David Ospina,Kristian Sapata, Mario Yepes, Karlos Sançes, Pablo Armero, Abel Aqilar, Teofilo Quterres, Ceyms Rodriqes, Xuan Kuadrado, Viktor İbarbo, Xuan Kamilo Suniqa
Ehtiyat oyunçular: Fərid Mondraqon, Kamilo Varqas, Eder Alvares Balanta, Santyaqo Arias, Karlos Valdes, Fredi Quarin , Aldo Ramires, Xuan Kintero, Aleksandr Mexya, Karlos Bakka, Adrian Ramos, Cekson Martinoes
Yunanıstan: Orestis Karnezis, Giannis Maniatis, Kostas Manolas, Georgios Samaras, Panagiotis Kone, Dimitris Salpingidis, Vasilis Torosidis, Teofanis Qekas, Sokratis Papastatopoulos,Joze Holebas, Kostas Katsuranis
Ehtiyat oyunçular: Panaqlotis Qlikos, Stefanos Kapino, Giorgios Tzavellas, Loukas Vuntra, Vanqelis Moras, Lazaros Kristodoulopoulos, İoannis Fetfatzidis, , Yorqas Karaqunis, Andreas Samaris, Panagiotis Taçhtsidis, Aleksandros Tziolis, Kostas Mitroğlu
S Komandalar O Q H M T-F X
1 Kolumbiya 1 1 0 0 3-0 3
2 Yunanıstan 1 0 0 0 0-3 0
3 Fil Dişi Sahili 0 0 0 0 0-0 0
4 Yaponiya 0 0 0 0 0-0 0
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB