Portuqaliya şokda

Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldu yenidən zədələnib. Ulduz futbolçu dünən keçirilən məşqi yarımçıq tərk edib. Dizindən zədə alan futbolçu məşq meydanını tərk edərkən göz yaşlarını saxlaya bilməyib.

Portuqaliya millisi DÇ-2014-ün ilk oyununu iyunun 16-da Almaniyaya qarşı keçirəcək. Ronaldunun həmin oyunda iştirak edib-etməyəcəyi bugünkü həkim müayinəsindən sonra məlum olacaq.

Qeyd edək ki, Ronaldu zədəsini yenicə sağaltmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə