Braziliyada futbol üzrə dünya kuboku yarışlarına baxmaq üçün 2 milyon 900 min bilet satılıb. Oyunların başlanmağına bir gün qalmış 15 oyuna biletləri hələ də almaq olar. Bu oyunlar arasında Almaniya, İtaliya, Fransa yığmalarının oyunları da var.
FЫFA-ya bilet üçün ümumilikdə 11 milyon müraciət olunub. 2,2 milyon bilet birbaşa фифа.com saytı vasitəsilə satılıb. Biletlərin 60 faizi braziliyalılara çatıb. Vətəndaşları ən çox bilet alan ikinci ölkə ABŞ-dır: 197 min.
İyunun 12-də Dünya Kubokunun açılış oyunu olan Braziliya-Xorvatiya oyununa 61 min biletdən cəmi 25 mini adi qaydada satışa çıxarılıb, 36 min bilet sponsorlara və yerli təşkilatçılara verilib və onlar da öz bildikləri kimi bu biletləri paylayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB