Dünya Çempionatı haqqında maraqlı faktlar

Bu gün başlayan Dünya Çempionatı həm ev sahibi Braziliya, həm də FİFA üçün əsl gəlir mənbəyi olacaq
Dünya Çempionatı haqqında maraqlı faktlar

Bu gün başlayan Dünya Çempionatı həm ev sahibi Braziliya, həm də FİFA üçün əsl gəlir mənbəyi olacaq. Braziliya çempionatdan 51 milyard dollar gəlir əldə etməyi planlaşdırır. FİFA-nın gəliri isə 4 milyarda çatacaq. Qurum bu gəlirin 476 milyon dollarını 32 komandaya mükafat kimi verəcək.

İlkin hesablamalara görə, 3 milyondan artıq insan matçları tribunadan izləyəcək. Bundan dəfələrlə artıq insan isə televizor başında olacaq.

Ölkəyə 600 mindən çox turist cəlb ediləcək ki, onların arasında amerikalılar çoxluq təşkil edir. Çempionatın ən ucuz bileti 90 dollardır.

Turnirdə bir ay ərzində 64 oyun keçiriləcək. Matçlar 12 fərqli stadionda baş tutacaq.

Bu il kubokun sahibi olacaq komanda 35 milyon dollar alacaq. Bu il kubokun sahibi olacaq komanda 35 milyon dollar alacaq. Dünya Kubokunda mübarizə aparacaq 32 komandanın dəyəri 6 6 milyard avrodur.

Bu ilk ilk dəfə olaraq oyunlar "Ultra HD" yayımlanacaq. Bunun üçün 14 ədəd 14 adəd 4K kamera quraşdırlacaq.

Müxtəlif illərdə keçirilən çempionatı canlı izləyən tamaşaçıların siyahsını təqdim edir:

1982-ci il İspaniya - 2.1 milyon

1986-cı il Meksika - 2.3

1990-cı il İtaliya - 3.5

1994-cü il Amerika - 3.4

1998-ci il Fransa - 2.7

2006-cı il Almaniya - 3.3

2010-cu il CAR - 3.1

Dünya Kubokunun ən çox qazanan 10 məşqçisi

Rusiya - Fabio Kapello 10.8 mln. dollar

İngiltərə - Roy Hocson 5 mln.

İtaliya - Çezare Prandelli 4.1 mln.

Braziliya - Luis Felipe Scolari 3.8 mln.

İsveçrə - Ottmar Hitsfeld 3.5 mln.

Almaniya - Yohaim Löv 3.4 mln.

İspaniya - Visente del Boske 3.3 mln.

ABŞ - Jürgen Klinsmann 3 mln.

Belçika - Mark Vilmots 2.2 mln.

Avstraliya - Ange Postecoglou 1 mln.

Stadionların qiyməti

Estadio Nacional - 627 mln.

Maracana - 470 mln.

Arena de Sao Paulo - 367 mln.

Mineirao - 311 mln.

Arena Fonte Nova - 309 mln.

Arena da Amazonia - 300 mln.

Arena Castelao - 232 mln.

Arena Pantanal - 255 mln.

Arena Pernambuco - 238 mln.

Arena das Dunas - 179 mln.

Beira-Rio - 148 mln.

Arena da Baixada - 146 mln.

Bütün xəbərlər Facebook səhifəmizdə