XIV Dünya Çempionatının açılış mərasimi oldu FOTOLAR

XIV Dünya Çempionatının açılış mərasimi oldu FOTOLAR

Braziliyada futbol üzrə XIV Dünya Çempionatının açılış mərasimi baş tutdu. Çempionat ərəfəsində həmkarlar təşkilatlarının kütləvi etirazlarına baxmayaraq təşkilatçılar möhtəşəm futbol bayramının reallaşmasını təmin edə biliblər. Ölkənin ən böyük şəhəri sayılan San Paulu şəhərində keçirilən açılış mərasiminə 600-dən çox rəqqasın iştirakı ilə start verilib. 25 dəqiqə davam edən açılış mərasimində çempionatın rəsmi mahnısını dünya şöhrətli müğənni Cenifer Lopez, Kuba əsilli amerikalı Pitbul və braziliyalı müğənni Klaudiya Leytte birgə ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə