15 İyun-Milli Qurtuluş Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının və muxtar respublikanın Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində paralimpiyaçılar arasında idmanın futzal növü üzrə yarış keçirilmişdir.
Yarışın əsas məqsədi fiziki imkanları məhdud şəxslərin idmana maraqlarını artırmaqla, paralimpiyaçılar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə, istedadlı idmançıların aşkara çıxarılmasına, habelə onların asudə vaxtlarını səmərəli keçirmələrinə nail olmaqdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının, Gənclər və İdman Nazirliyinin nümayəndələri çıxış edərək qeyd etmişlər ki, məhdud fiziki imkanlı şəxslərə sağlam həyat tərzinin təmin edilməsi, onların muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası daim diqqət mərkəzindədir. Bu kateqoriyadan olan şəxslərin yeni idman növlərinə cəlbi istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Futzal üzrə yarışda hər biri 5 nəfərdən ibarət 6 komanda iştirak etmişdir.
Yarışda 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülən komandalara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları və Paralimpiya Federasiyasının hədiyyələri təqdim edilmiş, digər yarış iştirakçılarına isə həvəsləndirici hədiyyələr verilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB