Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş kikboks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və federasiyanın sədr müavini Cavanşir Salahov idmançılara uğurlar arzulamışlar.
Sonra yarış başlanmışdır.
Yarışın nəticələrinə görə, 12 çəki dərəcəsində keçirilən birincilikdə müvafiq olaraq Mustafa Əsgərli, Turan Quliyev, Qurban Qənbərli, Cavid Nəcəfov, Kərim Babayev, İlknur Nuriyev, Abbas Qədimov, Əhməd Əhmədzadə, Seymur Cabbarov, Araz Hacızadə, Sənan Quliyev və Ağəli Qurbanov yarışın baş mükafatına layiq görülmüşlər.
Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB