“Neftçi” PFK-ya yeni məşqçi təyin edilib

“Neftçi” PFK-ya yeni məşqçi təyin edilib

"Neftçi" PFK-ya yeni məşqçi təyin edilib. SİA-nın məlumatına görə, Nazim Əliyev əsas komandada baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirəcək. N. Əliyev təyinatı ilə bağlı danışıb: "Neftçi" mənim üçün doğma klubdur. Futbolçu karyeramda ilk böyük addımlarımı bu klubda atmışam. "Neftçi"də məşqçi vəzifəsini də icra etmişəm. Son illərdə bu komanda böyük tarixi nailiyyətlərə imza atıb. "Neftçi" Azərbaycanla yanaşı, Avropada da adından söz etdirib. Təbii ki, hər zaman ən yüksək yerlər uğrunda mübarizə aparan komandada çalışmaq şərəf olmaqla yanaşı, böyük məsuliyyət və zəhmət də tələb edir. "Neftçi"nin prezidenti Sadıq Sadıqov hər zaman yerli mütəxəssislərlə çalışmağa üstünlük verib. Mənə güvəndiyinə və etimad göstərdiyinə görə klub prezidentinə təşəkkürümü bildirirəm. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldum".

Bütün xəbərlər Facebook səhifəmizdə