Bərdədə cüdo üzrə rayon birinciliyi keçirilib

Bərdədə cüdo üzrə rayon birinciliyi keçirilib

Bərdə Olimpiya İdman Kompleksində yeniyetmələr arasında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş cüdo üzrə açıq rayon birinciliyi keçirilmişdir. Birincilikdə bərdəli idmançılarla yanaşı, Bakı, Sumqayıt, Yevlax, Mingəçevir şəhərlərindən, Ağdam, Göyçay, Tovuz, Laçın və İmişli rayonlarından olan idmançılar da iştirak etmişlər.

Ümumilikdə 150 idmançının iştirakı ilə 20 çəki dərəcəsində keçirilən yarışda Bərdə komandası birinci olmuşdur. Bakı kollektivi ikinci, Tovuz cüdoçuları isə üçüncü yerləri tutmuşlar.

Qaliblərə Bərdə Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə