İyunun 21-22-də Bakıda keçiriləcək çimərlik voleybolu üzrə qitələrarası kubok yarışlarında Azərbaycanı təmsil edəcək idmançılar müəyyənləşmişdir. Turnirin birinci mərhələsinin "H" qrupunun oyunlarında Azərbaycan ilə yanaşı, Türkiyə, Ukrayna və İsraildən olan cütlüklər mübarizə aparacaqlar.
Qadınların yarışında ölkəmizi İrina Abbaszadə – Yuliya Kərimova, Viktoriya Ağakişiyeva – Zinaida Hüseynova, kişilər arasında Artyom Fedorov – Maksim Basuy və Yaroslav Rudix – Leonid Qritsai təmsil edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB