Bakının "Neftçi" futbol komandasına yeni məşqçi təyin edilmişdir. Klubdan bildirmişlər ki, Nazim Əliyev əsas komandada baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirəcəkdir.
N.Əliyev təyinat ilə bağlı bildirmişdir ki, "Neftçi" mənim üçün doğma klubdur. Futbolçu karyeramda ilk böyük addımlarımı bu klubda atmışam. "Neftçi"də məşqçi vəzifəsini də icra etmişəm. Son illərdə bu komanda böyük tarixi nailiyyətlərə imza atmışdır. Azərbaycan ilə yanaşı, Avropada da tanınmışdır. Təbii ki, həmişə ən yüksək yerlər uğrunda mübarizə aparan komandada çalışmaq şərəf olmaqla yanaşı, böyük məsuliyyət və zəhmət də tələb edir.
Vurğulanmışdır ki, "Neftçi"nin prezidenti Sadıq Sadıqov həmişə yerli mütəxəssislərlə çalışmağa üstünlük vermişdir. Mənə güvəndiyinə və etimad göstərdiyinə görə klubun prezidentinə təşəkkürümü bildirirəm. Çalışacağam ki, göstərilən etimadı doğruldum.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB