Sumqayıtlı gənclərin diqqətinə...

Sumqayıtlı gənclərin diqqətinə...

Bu ilin iyun ayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Kiber İdman Federasiyasının birgə təşkil etdiyi Kompyuter Oyunları üzrə (14-29 yaşarası) IX Azərbaycan Milli Çempionatının şəhər birinciliyinin keçirilməsi planlaşdırılır. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsindən SİA-ya verilən məlumata görə, "DOTA 2" oyununda iştirak üçün hər biri 5 oyunçudan ibarət komandaların, fərdi oyunlarda ("FİFA 2014", "Starcraft2:Heart of the Swarm" və "Super Street Fighter IV Arcade Edition 2012") oyunçuların iştirakı nəzərdə tutulur.

İştirak etmək istəyənlər Baş İdarə ilə 055 887 42 52, 65 5 47 32 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə