Gürcüstanın paytaxtı Tiflis şəhərində atçılığın konkur növü üzrə "CSİ - 1*" kateqoriyalı beynləxalq turnirə yekun vurulub. SİA-nın məlumatına görə, yarışda həmyerlimiz Kənan Novruzov da iştrak edib. 6 ölkədən olan idmançılarla mübarizə aparan Kənan "Concorde 57" ləqəbli atla bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi adını qazanıb. Final günü dünya çempionatına vəsiqə əldə etmək üçün də yarışan idmançımız qalib olmaqla bu uğura bir addım da yaxınlaşıb.
Qeyd edək ki, milli komandamızın kapitanı Camal Rəhimov bir müddət öncə Lionda keçirilən dünya kuboku yarışlarında uğurla çıxış edərək, artıq dünya çempionatına vəsiqəni təmin edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB