Şahmatçılarımız Bolqarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Şahmatçılarımız Bolqarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Bu gündən iyunun 18-dək Qara dənizin Bolqarıstan sahillərində yerləşən təbiət parkında Azərbaycan şahmatçılarının iştirakı ilə "Qızıl qum" beynəlxalq turniri keçiriləcəkdir.

Turnirdə dünyanın 30 ölkəsindən müxtəlif yaşlı təqribən 200 şahmatçı iştirak edəcəkdir. Kişi və qadın şahmatçılar arasında keçiriləcək bu mötəbər turnirdə qrossmeysterlər, FİDE-nin beynəlxalq ustaları iştirak edəcəklər.

Azərbaycan idmanının şərəfini gənc şahmatçılar Müşviq Əsgərov (2192), Eldar Musayev (2169) və Nail Bəşirli (1983) qoruyacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə