“Bavariya”nın ən yaxşı bombardiri klubu tərk edir

“Bavariya”nın ən yaxşı bombardiri klubu tərk edir

"Bavariya" klubunun hücumçusu Mario Mancukiç bildirmişdir ki, dünya çempionatından sonra klubu tərk etmək niyyətindədir, çünki komandanın məşqçisi Xosep Qvardiolanın iş sxeminə uyğunlaşa bilməmişdir.

Xorvat Münxen komandasının tərkibində iki mövsüm oynamış, 86 oyunda 47 qol vurmuşdur. Bundesliqanın ötən mövsüm keçirdiyi 30 oyunda 18 dəfə fərqlənmiş, komandanın əsas bombardirinə çevrilmişdir.

X.Qvardiolanın qərarına əsasən, hücumçu Almaniya Kuboku turnirinin final görüşündə iştirak etməmişdir. Bu görüşdə münxenlilər Dortmundun "Borussiya" klubuna arbitrin köməyi ilə qalib gəlmişlər. Daha sonra KİV-lər yazmışlar ki, oyunçu klubu X.Qvardiolaya görə tərk edir.

M.Mancukiç demişdir: "Komanda bu tərzdə oynasa, nə qədər gərgin çalışmağımın əhəmiyyəti olmayacaqdır, çünki yaxşı futbol nümayiş etdirə bilmirəm. Düzünə qalsa, X.Qvardiolanın "Bavariyada"kı dəst-xətti mənə görə deyil. Vəziyyət dəyişməsə, ayrılmaq hamımız üçün ən yaxşı qərar olacaqdır".

Əlavə edək ki, "Bavariya" klubuna istedadlı forvard Robert Levandovski qoşulacaqdır. Odur ki, M.Mancukiçin gedişi faciəli görünmür.

Bütün xəbərlər Facebook səhifəmizdə