Azərbaycanı və "Qəbələ" idman klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov Avropa çempionluğu uğrunda revanş döyüşünə çıxıb. SİA-nın məlumatına görə, boksçumuz WBCA və WBO versiyaları üzrə Avropa kəmərinə sahib olmaq üçün Almaniya təmsilçisi Matias Pelk ilə qarşılaşıb.
Almaniyada keçirilən revanş döyüşü maraqlı və gərgin alınıb. İlk andan üstün görünən Fariz Məmmədov qələbəni bayram edən tərəf olub. Dördüncü raundunda rəqibini nokauta salan boksçumuz WBO və WBCA versiyaları üzrə Avropa kəmərinə sahib çıxıb.
Xatırladaq ki, Fariz Məmmədov ilə Matias Pelk ötən ilin dekabrında Qəbələdə üz-üzə gəlmişdi. Təmsilçimiz ağır zədə səbəbindən yarışı yarımçıq dayandırmış və texniki məğlubiyyət almışdı. Buna boksçumuzun hələ döyüşdən əvvəl bir qabırğasının sınması səbəb olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB