Yığma komandamız Rusiya millisi ilə yoldaşlıq görüşü keçirib

Yığma komandamız Rusiya millisi ilə yoldaşlıq görüşü keçirib

Dağıstan Respublikasının Levaşi rayonunda Dağıstanın dövlət və ictimai xadimi Həmid Həmidovun 60 illiyi münasibətilə Azərbaycan və Rusiya sərbəst güləş yığmaları arasında yoldaşlıq görüşü keçirilib. SİA-nın məlumatına görə, görüş Rusiya komandasının 6:2 hesablı üstünlüyü ilə tamamlanıb. Yığma komandamızdan Əşrəf Əliyev (74 kq) və Şərif Şərifov (97 kq) qələbə qazanıb.

57 kq - Yaşar Əliyev - Nəriman İsrafilov
61 kq - Əhmədnəbi Qvarzatilov - Murşid Mutalimov
65 kq - Məhəmməd Müslümov - İlyas Malikov
70 kq - Emin Əzizov - Ramazan Şamsuddinov
74 kq - Əşrəf Əliyev - Kamal Məlikov
86 kq - İbrahim Usubov - Abdulraşid Sadullayev
97 kq - Şərif Şərifov - Hacımurad Murtuzaliyev
125 kq - Valera Rodriqes - Muradin Kuşxov

Bütün xəbərlər Facebook səhifəmizdə