Respublikanın 3-cü ən böyük stadionunun tikintisi başa çatıb

Respublikanın 3-cü ən böyük stadionunun tikintisi başa çatıb

Abşeron rayonunun Masazır kəndində, "Qurtuluş – 93" yaşayış massivində respublikanın 3-cü ən böyük stadionunun tikintisi başa çatıb. SİA-nın məlumatına görə, 2012-ci ilin oktyabr ayından inşasına başlanan stadionda son tamamlanma işləri aparılır. Müasir tələblərə cavab verən 12500 tamaşaçı yerlik stadionun ətrafında futbolçuların istirahəti və qalmaları üçün beşmərtəbəli otel də inşa edilib.

Stadionun iyunun 15-də- Milli Qurtuluş Günündə istifadəyə verilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə