Bakıda kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir. Çempionatda səkkiz şahmatçı, o cümlədən beş qrossmeyster iştirak edir.
Ölkə çempionatının yekun turu ərəfəsində hər biri 6 mümkün xaldan 4 xal toplamış qrossmeysterlər Nicat Abasov və Ülvi Bacarani irəlidədirlər. Qrossmeysterlər Azər Mirzəyev, Vüqar Rəsulov, beynəlxalq dərəcəli ustalar Misrəddin İskəndərov, Zaur Məmmədov bir xal geri qalırlar. Sərxan Quliyevin 2,5, Bəhruz Rzayevin isə 1,5 xalı vardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB