Çinq-Kuo Vu: "Baku Fires" və "Cuba Domaderos" arasında baş tutacaq final görüşü gərgin keçəcək"

Çinq-Kuo Vu: "Baku Fires" və "Cuba Domaderos" arasında baş tutacaq final görüşü gərgin keçəcək"

Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində Dünya Boks Seriyasının (WSB) finalına həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda AİBA-nın prezidenti Çinq-Kuo Vu və WSB-nin supervayzeri Helmut Ranze iştirak edib.

AİBA-nın prezidenti Azərbaycanda olmaqdan şad olduğunu bildirib: "Bakıda tez-tez oluram. Burada Azərbaycan Boks Federasiyasının keçirdiyi turnirləri, WSB-nin gördüyü işləri yüksək qiymətləndiririk. "Baku Fires" və "Cuba Domaderos" arasında baş tutacaq final görüşü gərgin keçəcək. Dünya Boks Seriyasının konqresində iştirak etdik. Yeni mövsümdən yarışa daha 3 komanda qatılacaq. Bu komandalar Çin, Mərakeş və Venesuellanı təmsil edəcək. Yeni mövsüm oktyabr ayında başlayacaq".

WSB-nin supervayzeri isə final görüşünün yarışın tarixində ən güclü döyüş olacağını bildirib: "Baku Fires" və "Cuba Domaderos"u WSB-nin ən güclü komandaları hesab edirəm. Azərbaycan komandası çox güclü heyətə malikdir. Hər iki heyətə uğurlar arzulayıram. Bizi möhtəşəm boks yarışı gözləyir. Qeyd edim ki, təşkilati işlər yüksək səviyyədədir".

Bütün xəbərlər Facebook səhifəmizdə