DÇ-2014: mundialın anti-rekordları

DÇ-2014: mundialın anti-rekordları

Dünya çempionatının startına sayılı günlər qalıb. Mundialla bağlı maraqlı məlumatları təqdim edirik.

Qol vura bilməyənlər

İndiyədək dünya çempionatların qatılan 5 komanda yarışı qol vurmadan tərk edib. Belə ki, Trinidad və Tobaqo, Kanada, Çin, İndenoziya və keçiş Zair (1997-ci ildən Konqo Demokratik Respublikası adlanır) qatıldıqları mundialda rəqib qapılarına yol tapa bilməyiblər.

El Salvador rekord vurdu

Dünya çempionatlarında iştirak etmiş 9 yığma xal qazana bilməyib. İndenoziya, İraq, Toqo, Kanada, BƏƏ, Çin, Haiti, Zair (Konqo) və El Salvador turniri xalsız başa vurub. Xalsız qalan ölkələrdən yalnız El Salvador dünya çempionatına iki dəfə qatılıb, qalanları isə bir dəfə iştirakçı olub. El Salvador iki turnirdə keçirdiyi 6 oyunun hamısında məğlub olub, qapısında 22 top görərək sadəcə bir dəfə qol sevinci yaşayıb.

Şotlandiya 8 dəfə...

Dünya çempionatlarına 8 dəfə qatılan Şotlandiya heç bir halda qrupdan çıxa bilməyib. 1954, 1958, 1974, 1978, 1982, 1986, 1990 və 1998-ci illərdə qrupda qalan şotlanddar bununla da dünya çempionatlarında ən çox mərhələ adlaya bilməyən komanda olublar.

İrlandlar dayanmadı

Böyük Britaniyanın başqa bir ölkəsi - İrlandiya qatıldığı hər 3 dünya çempionatında qrupdan çıxmağı bacarıb. Belə ki, irlandlar 1990, 1994 və 2002-ci illərdə mundialın iştirakçısı olub. Hər üç halda qrupdan çıxan komanda 1990-cı ildə 1/8 finalda Rumıniyanın penalti seriyasında yenib (4:5) və ardınca İtaliyaya uduzub - 0:1. 1994-cü ildə 1/8 finalda Hollandiyaya uduzan (0:2) İrlandiya 2002-də eyni mərhələdə İspaniyaya penalti seriyasında məğlub olub - 2:3.

Meksika və Bolqarıstanın qələbə həsrəti

Meksika və Bolqarıstan 6 dünya çempionatında qələbə qazana bilməyib. Mundiallara 14 dəfə qatılan və 2 dəfə ev sahibi olan Meksika 1930, 1950, 1954, 1958, 1966 və 1978-ci illərdə qələbə üzü görməyib.

Final mərhələsinə 7 dəfə vəsiqə qazanan Bolqarıstan isə 1962, 1966, 1970, 1974, 1986 və 1998-ci illərdəki turnirlərdə qələbəyə sevinməyib.

Heç-heçə sevən italyanlar

19 dünya çempionatından 17-nə qatılan və 4 dəfə çempion olan İtaliya final mərhələlərində ən çox heç-heçə edən komandadı. İtalyanlar dünya çempionatlarında keçirdikləri 80 matçdan 21-də meydanı sülhlə tərk edib. İngiltərə və Almaniya 19 oyunda heç-heçəyə razılaşıb.

Məğlubiyyət rekordu

Meksika dünya çempionatlarında ardıcıl məğlubiyyətlər rekorduna sahibdi. Amerikalılar 1930, 1950, 1954 və 1958-ci illərdəki turnirlərdə ardıcıl 9 oyunda meydanı məğlubiyyətlə tərk edib. Mərkəzi Amerika ölkəsi bu oyunlarda 8 qol vurub, 34 dəfə məyus olub. Meksika 1958-ci ildəki dünya çempionatında Uelslə 1:1 hesablı heç-heçəyə razılaşaraq məğlubiyyət seriyasını qırıb.

Heç-heçə rekordu

Belçika dünya çempionatlarında ardıcıl heç-heçələr rekorduna sahibdi. Belçikalılar 1998 və 2002-ci illərdəki turnirlərdə ardıcıl 5 oyunu sülhlə tərk edib. Avropa təmsilçisi bu müddətdə Hollandiya, Meksika, Cənubi Koreya, Yaponiya və Tunuslə heç-heçə oynayıb.

17 oyunluq seriya

Bolqarıstanr dünya çempionatlarında ən uzun qələbəsizlik seriyasına malik ölkədi. Bolqarlar ardıcıl 17 oyunda meydanı qələbəsiz tərk edib. Bu qarşılaşmalar 1962, 1966, 1970, 1974, 1986 və 1994-cü illərdəki dünya çempionatlarında baş tutub. Komanda qələbə seriyasını DÇ-1994-ün Yunanıstanla oyununda qırıb - 4:0.

Qolsuzluq seriyası

Boliviya və Əlcəzair ardıcıl 5 oyunda qol vura bilməyib. Boliviya 1930, 1950 və 1994-cü illərdəki mundiallarda uğursuz seriyaya imza atıb. Əlcəzair isə 1986 və 2010-cu illərdəki turnirlərin 5 oyununda qələbəyə həsrət qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə