"Real" (Madrid) klubu "Liverpul"un hücumçusu Luis Suarezi transfer etməkdə israrlıdır
"Real" (Madrid) klubu "Liverpul"un hücumçusu Luis Suarezi transfer etməkdə israrlıdır. "Marca" qəzetinin verdiyi məlumata görə, Madrid təmsilçisi uruqvaylı futbolçunun keçidi üçün qarşı tərəfə yüksək məbləğ təklif etməyi planlaşdırır.
"Kral klubu" Suarez üçün 90 milyon avrosundan keçməyə hazırdır. Lakin "Liverpul" rəhbərliyi bu təklifə münasibət bildirməkdə tələsmir. Dünya çempionatından sonra bu transferin baş tutacağı istisna olunmur.
Qeyd edək ki, Suarez cari mövsüm vurduğu 31 qolla Premyer Liqanın bombardiri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB