Cadugər: "Ronaldonu mundiala həsrət qoyacam"

Qanada özünü din xadimi kimi təqdim eədn bir nəfər Kriştiano Ronaldonun zədələnməsinin səbəbkarı olduğunu etiraf edib
Cadugər: "Ronaldonu mundiala həsrət qoyacam"

Özünü rahib adlandıran Qanalı Nana Kvaku Bonsai adlı şəxs "Real"ın ulduz futbolçusu Kriştiano Ronaldonun son dövrdə yaşadığı zədələnmələrin səbəbkarı olduğunu və bu zədələnmələrin tibblə müalicə edilə bilməyəcəyini açıqlayıb.

"Kriştiano Ronaldonun zədələnməsinin nə olduğunu çox yaxşı bilirəm. Bu mövzuda çox ciddiyəm. Ötən həftə cadumda istifadə etmək üçün 4 it axtardım. Bu ruhani bir şeydir, adı da Kahviri kapamdır. 4 ay əvvəl etdiyim açıqlamada Kriştiano Ronaldonun Dünya Kubokunda oynamasına mane olacağımı, ən azından Qanaya qarşı oynamasına mane olacağımı söyləmişdim. Bu zədənin tibbi çarəsi yoxdur. Bu gün diz, sabah əzələ, digər gün başqa bir zədə ola bilər." - deyə, Bonsai adlı din xadimi ölkəsində yayımlanan radiolardan birinə danışıb.

Qeyd edək ki, Qana iyunun 26-da Portuqaliya ilə qarşılaşacaq. Bu qarşılaşma eyni zamanda Dünya Kubokunun "G" qrupunun son matçı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə