İyunun 7-də Azərbaycan və Rusiya sərbəst güləş yığmaları arasında yoldaşlıq görüşü keçiriləcəkdir. Dağıstan Respublikasının Levaşi rayonunda təşkil olunacaq görüş bu ölkənin dövlət və ictimai xadimi Həmid Həmidovun 60 illik yubileyinə həsr ediləcəkdir.
Yığma komandanın böyük məşqçisi Firdovsi Umudovun rəhbərliyi altında Dağıstana yığmamızın 8 üzvü yollanacaqdır. Görüşdə ölkəmizi Yaşar Əliyev (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Emin Əzizov (70 kq), Əşrəf Əliyev (74 kq), İbrahim Usubov (86 kq), Şərif Şərifov (97 kq) və Valera Rodriqes (125 kq) təmsil edəcəklər.
Görüşlərin idarə edilməsində Beynəlxalq dərəcəli hakimlər Əbdül Nuriyev, İntiqam Alıyev və Sədi Quliyev iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB