Rumıniyanın paytaxtı Buxarestdə qadınlar arasında boks üzrə Avropa çempionatında daha 2 idmançımız mübarizəni dayandırmışdır.
57 kiloqram çəki dərəcəsində çıxış edən Məhsəti Həmzəyeva bolqarıstanlı Svetlana Stanevaya uduzmuşdur. Aynur Rzayeva (81 kq) isə Macarıstan təmsilçisi Petra Szatmari ilə görüşdən məğlub ayrılmışdır.
Boksçularımızdan 3-ü Avropa çempionatında mübarizəni davam etdirir.
Anaxanım Ağayeva dörddəbir final mərhələsində fransalı Vassila Lxadiri ilə qarşılaşacaqdır. Yelena Vıstropova (69 kq) və Leyla Cavadova isə (75 kq) iyunun 6-da keçiriləcək yarımfinalda rinqə çıxacaqlar. Y.Vıstropova rumıniyalı Mikaela Kristiana, L.Cavadova isə almaniyalı Sarah Şeuriçlə üz-üzə gələcəklər.
Qitə çempionatına iyunun 7-də yekun vurulacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB