Azərbaycan çempionatında dörd şahmatçı irəlidədir

Azərbaycan çempionatında dörd şahmatçı irəlidədir

Bakıda kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı keçirilir. Çempionatda səkkiz şahmatçı, o cümlədən beş qrossmeyster iştirak edir.

Dörd turdan sonra hərəyə 3 xal toplayan qrossmeysterlər Nicat Abasov, Vüqar Rəsulov, Ülvi Bacarani və beynəlxalq dərəcəli usta Zaur Məmmədov irəlidədirlər. Sərxan Quliyevin – 2,5, Bəhruz Rzayevin – 1,5, Azər Mirzəyevin və Misrəddin İsgəndərovun bir xalı vardır.

Bütün xəbərlər Facebook səhifəmizdə