Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası iyunun 6-da Avropa Liqası yarışlarına başlayacaqdır. İyunun 4-də Bolqarıstana yola düşəcək milli komandamızın heyəti açıqlanmışdır.
Heyətdə Ceyran Əliyeva, Anastasiya Qurbanova, Ayşən Abduləzimova, Yana Ağayeva, Yekaterina Jidkova, Ülkər Kərimova, Aynur Kərimova, Oksana Kisilyova, Şəfaqət Həbibova, İrina Makarenko, Aliksandra Prupas və Kseniya Pavlenko yer almışlar.
Millimiz turnirdə baş məşqçi Aleksandr Çervyakov və köməkçi məşqçi Vüqar Əliyevin rəhbərliyi altında mübarizə aparacaqdır.
Baş məşqçi demişdir ki, Oksana Porxomenka, Yelena Porxomenka, Nataliya Məmmədova, Polina Rəhimova, Kseniya Kovalenka və Natavan Qasımova Bolqarıstan ilə oyunda komandanın tərkibində olmayacaqlar və gənc oyunçulardan ibarət komandanın kapitanı Anastasiya Qurbanova olacaqdır.
Millimiz iyunun 6-da və 7-də Bolqarıstan yığması ilə qarşılaşacaqdır. Komandamız ikinci görüşünü Bakıda iyunun 14-15-də Voleybol Mərkəzində Sloveniya millisinə qarşı keçirəcəkdir.
Avropa Liqası yarışlarında 8 komanda mübarizə aparacaqdır. "A" qrupunda Bolqarıstan, Azərbaycan, Türkiyə, Sloveniya, "B" qrupunda isə Almaniya, İspaniya, Yunanıstan və Polşa yığmaları yer almışlar. Bu yarışda millimizin gənc oyunçularına böyük üstünlük veriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB