Yeniyetmə güləşçilər Gürcüstanda 4 bürünc medal qazanıb

Yeniyetmə güləşçilər Gürcüstanda 4 bürünc medal qazanıb

Gürcüstanın Mtşxeta şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, turnirdə iştirak edən yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri 4 bürünc medal qazanıb.

Turnirdə məşqçilər İslam Cəfərov və Vüqar Aslanovun rəhbərliyi altında 6 güləşçimiz mübarizə aparıb. Onlardan 4-ü fəxri kürsüdə yer alıb. Bəxtiyar Muradov (54 kq), Murad Allahverdiyev, Rüstəm İsayev (hər ikisi 58 kq) və Sərxan Dadaşov (76 kq) bürünc medallara sahib olub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib. Olimpiya dərəcəli hakim Hicran Şərifov isə, FİLA nümayəndəsi kimi yarışın hazırlığına və keçirilməsinə nəzarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə