Millimiz Bolqarıstan komandası ilə qarşılaşacaq

Millimiz Bolqarıstan komandası ilə qarşılaşacaq

Voleybol üzrə qadınlardan ibarət milli yığma komandamız iyunun 6-dan Avropa Liqasında iştirak edəcək. SİA-nın məlumatına görə, bu gün axşam Bolqarıstana yola düşəcək millimizin heyəti açıqlanıb. Heyətdə Ceyran Əliyeva, Anastasiya Qurbanova, Ayşən Abduləzimova, Yana Ağayeva, Yekaterina Jidkova, Ülkər Kərimova, Aynur Kərimova, Oksana Kisilyova, Şəfaqət Həbibova, İrina Makarenko, Aliksandra Prupas, Kseniya Pavlenko yer alıb.

Komandamızın baş məqçi Aleksandr Çervyakov, köməkçi məşqçisi Vüqar Əliyevdir.

Qeyd edək ki, Oksana Porxomenka, Yelena Porxomenka, Nataliya Məmmədova, Polina Rəhimova, Kseniya Kovalenka, Natavan Qasımova Bolqarıstanla oyunda komandanın tərkibində olmayacaqlar. Gənc oyunçulardan ibarət komandanın kapitanı isə Anastasiya Qurbanova təyin olunub.

06 - 07 iyun, 2014-cü il

Bolqarıstan – Azərbaycan

Bolqarıstan – Azərbaycan

Nəzərinizə çatdıraq ki, komandamız ikinci görüşünü Bakıda 14-15 iyun tarixlərində Voleybol Mərkəzində Sloveniya millisinə qarşı keçirəcək.

Ümumilikdə Avropa Liqasında 8 komanda mübarizə aparır (A qrupu - Bolqarıstan, Azərbaycan, Türkiyə, Sloveniya. B qrupu - Almaniya, İspaniya, Yunanıstan, Polşa).

Bütün xəbərlər Facebook səhifəmizdə