Cavadova, Vıstropova və Ağayeva qələbə qazanıblar

Cavadova, Vıstropova və Ağayeva qələbə qazanıblar

Rumıniyanın paytaxtı Buxarestdə qadınlar arasında boks üzrə Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, 75 kq çəki dərəcəsində mübarizə aparan Leyla Cavadova ¼ finalda rumıniyalı Ana Patraskunu məğlub edib - 3:0. Həmyerlimiz yarımfinalda Almaniya boksçusu Sara Şeuriçlə üz-üzə gələcək.

Dünya çempionatının bürünc mükafatçısı Yelena Vıstropova da (69 kq) yarımfinala yüksəlib. Boksçumuz ikinci görüşündə polşalı Natalya Hollinsanı üstələyib - 3:0. Vıstropovanın növbəti rəqibi rumıniyalı Mikaela Kristiana olacaq.

51 kq çəki dərəcəsində mübarizə aparan Anaxanım Ağayeva Almaniya təmsilçisi Sarah Bormanı məğlub edib. Boksçumuz 1/4 finalda Vassila Lxadiri ilə qarşılaşacaq.

Əzizə Abbasova (48 kq) isə türkiyəli Ayşə Çağrıra 0:3 hesabı ilə uduzaraq, yarışdan kənarda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə