İdmançıları İtaliyada keçirilmiş döyüş növləri üzrə dünya çempionatında səkkiz medal qazanıblar FOTO

İdmançıları İtaliyada keçirilmiş döyüş növləri üzrə dünya çempionatında səkkiz medal qazanıblar FOTO

İtaliyanın Verona şəhərində döyüş növləri üzrə dünya çempionatı keçirilmişdir. Çempionatda budo döyüş növləri üzrə Azərbaycan milli komandası da iştirak etmişdir. On beş idmançımızın qatıldığı mundialda komandamız peşəkar sanda, S-1, full-kontakt, fri-kontakt, lou-kik və əlbəyaxa döyüş növləri üzrə yarışmış və səkkiz medal qazanmışdır.

Turnirdə 18 yaşdan yuxarı idmançıların mübarizəsində Emil Hacıyev (60 kq, sanda), Mərdan Vəliyev (70 kq, full-kontakt), Emin Süleymanov (75 kq, fri-kontakt), Cavid Tapdıqlı (85 kq, sanda) və Musa Abdullayev (86 kq, lou-kik) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Mundialda 13-15 yaşlı idmançıların fri-kontakt yarışlarında 56 kiloqram çəki dərəcəsində mübarizə aparmış Oğuz Qurbanlı gümüş medalla kifayətlənmişdir. On səkkiz yaşadək idmançıların turnirində Nail Məmmədli (91 kq-dan yuxarı, full-kontakt) gümüş, Araz Abdullayev (91 kq-dan yuxarı, lou-kik) bürünc medal qazanmışlar.

Yarış başa çatdıqdan sonra idmançılarımız Veronada UFC və S-1 döyüş növləri üzrə təşkil olunmuş seminara qatılmışlar.

Seminara iyunun 4-də yekun vurulacaqdır.

Qeyd edək ki, çempionatda ümumilikdə 20 döyüş növü üzrə yarışlar keçirilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə