FIFA prezidenti "Qarabağ" klubunu təbrik edib

FIFA prezidenti "Qarabağ" klubunu təbrik edib

FIFA-nın prezidenti Yozef Blatter AFFA-nın prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb. SİA-nın məlumatına görə, o, məktubla dünya futbol ictimaiyyəti adından "Qarabağ" klubunu Topaz Premyer Liqasının 2013/2014-cü il mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə