Rövnəq Abdullayev: "Yeni mövsümdə 10 komanda mübarizə aparacaq"

Rövnəq Abdullayev: "Yeni mövsümdə 10 komanda mübarizə aparacaq"

"Futbol üzrə Topaz Premyer Liqasının yeni mövsümündə 10 komanda mübarizə aparacaq". SİA-nın məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, çempionatda 10 komandanın birincilik uğrunda mübarizə aparması oyunların daha gərgin xarakter almasına şərait yaradacaq: "Komandalar sertifikatlaşdırma məsələsini vaxtında həyata keçirsə idilər, 12 komanda yarışa bilərdi. AFFA rəhbəri, həmçinin aşağı səviyyəli komandaların oynamasının çempionatın keyfiyyətinə mənfi təsir göstərəcəyini də diqqətə çatdırıb".

Bütün xəbərlər Facebook səhifəmizdə