İker Kasilyas müqaviləsi başa çatana qədər "Real"dan ayrılmayacaq. "Marca" qəzetinin verdiyi məlumata görə, ispan qolkiper Madrid təmsilçisinin prezidenti Florentino Perezlə görüşərək klubdakı gələcək karyerasını müzakirə edib. Görüşdə 33 yaşlı qapıçı müqaviləsi bitənə kimi "Real"da qalacağını deyib.
Qeyd edək ki, Kasilyasın "Real"la müqaviləsi 2017-ci ildə başa çatır.
Xatırladaq ki, Kasilyas ötən ilin avqustunda F.Perezə Madrid klubundan ayılmaq istədiyini bildirsə də, razılıq almamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB