Bolqarıstan millisi Qırğızıstana, Yaponiya isə Özbəkistana qalib gəlib

Bolqarıstan millisi Qırğızıstana, Yaponiya isə Özbəkistana qalib gəlib

Bakıda AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında "IV Caspian Cup" beynəlxalq turniri davam edir. İyunun 2-də turnirin pley-off mərhələsi çərçivəsində iki oyun keçirilmişdir.

"Dalğa Arena"da Bolqarıstan və Qırğızıstan milli komandaları qarşılaşmışlar. Baş hakim Xəlil Xəlilovun idarə etdiyi oyun 3:1 hesabı ilə Bolqarıstan millisinin xeyrinə başa çatmışdır.

Digər oyun isə Bayıl stadionunda Yaponiya və Özbəkistan kollektivləri arasında keçirilmişdir. Görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatdığından qalib penalti seriyasında müəyyənləşmişdir. On bir metrlik zərbələri dəqiq yerinə yetirən Yaponiya millisi 5:3 hesabı ilə qalib gəlmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə