Şahmat üzrə ölkə çempionatında ikinci turun görüşləri keçirilib

Şahmat üzrə ölkə çempionatında ikinci turun görüşləri keçirilib

İyunun 1-də Respublika Şahmat Mərkəzində 8-12 yaşadək qızlar və oğlanlar arasında Azərbaycan çempionatı start götürmüşdür. Hər yaş qrupunda (oğlan və qız olmaqla) 12 şahmatçının çempion adı uğrunda mübarizə apardığı yarış 11 turdan ibarət olmaqla dairəvi sistem üzrə keçirilir.

Azərbaycan Şahmat Federasiyasından bildirilmişdir ki, iki turdan sonra 8 yaşadək idmançıların mübarizəsində Gülzar Hüseynova, Aysel Səlimova, Ümid Aslanov, 10 yaşadək şahmatçılar arasında Xəzər Babayev, Vüqar Manafov, 12 yaşlılardan isə Ləman Hacıyeva, Şəhla Əzizova və Fərid Aslanov hərəyə 2 xal toplamışlar.

Hər yaş qrupunda qızıl medalın sahibləri Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının xətti ilə dünya çempionatına, ikinci yeri tutan idmançılar isə Avropa birinciliyinə vəsiqə əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə