3-4 iyun 2014-cü il tarixində Gürcüstanın Mtşxeta şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, turnirdə yeniyetmələrdən ibarət yığma komandanın üzvləri də iştirak edəcək.
Məşqçilər İslam Cəfərov və Vüqar Aslanovun rəhbərliyi altında turnirə 6 güləşçimiz yollanıb. Heyətdə Bəxtiyar Muradov, Kamran Mirzəliyev (hər ikisi 54 kq), Murad Allahverdiyev, Rüstəm İsayev (hər ikisi 58 kq), İqbal Əliyev və Sərxan Dadaşov (hər ikisi 76 kq) yer alıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək. Olimpiya dərəcəli hakim Hicran Şərifov isə, FİLA nümayəndəsi kimi yarışın hazırlığına və keçirilməsinə nəzarət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB