Dağıstandan daha 2 bürünc medal

Dağıstandan daha 2 bürünc medal

Dağıstan Respublikasında 1997-98-ci il təvəllüdlü sərbəst güləşçilər arasında açıq Respublika turniri keçirilib. SİA-nın məlumatına görə, sərbəst güləş üzrə kiçik yaşlılardan ibarət yığma komandanın üzvləri turnirdə iştirak edib və 2 bürünc medal qazanıb.

Məşqçilər Namiq Quliyev və İsaməddin Hüseynovun rəhbərliyi altında qonşu Respublikaya yollanan güləşçilərimizdən 35 kq çəkidə Tofiq Əliyev və 42 kq-da Röyal Ağamalıyev fəxri kürsünün üçüncü pilləsində yer alıb. 46 kq çəkidə yarışan Babək Hüseynov isə yarışı 5-ci yerdə tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə