Uşaqlar dünyanın ən məşhur futbolçularından biri Lionel Messini aldadıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Barselona" klubunun ulduzu yeni çəkildiyi "Sadəcə möcüzə et" (Simply Do Wonders) reklam kampaniyasında 3 balaca oğlanla qarşılaşır və onlarla futbol oynayır.
Reklam çarxının sifarişçisi Qətərin "Ooredoo" telekommunikasiya şirkətidir. "Sadəcə möcüzə et" adlı reklam kampaniyası Messinin yaxın Şərq, o cümlədən Cənubi Afrikadakı fanatlarına həsr olunub.
Futbolçu oyunun sonunda uşaqlardan birinin topu mobil telefona yüklənən proqramla idarə etdiyini öyrənir və gülümsəyir.
Kampaniya istedadlı gənc futbolçuları tanıtmaq məqsədi daşıyır. Bunun üçün Instagram sosial şəbəkəsinə #MeetMessi haştaqı ilə foto və videonuzu yükləmək kifayətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB