Avtorallidə faciə: 3 ölü, 6 yaralı

Avtorallidə faciə: 3 ölü, 6 yaralı

"Jim Clark Rally" avtorallisində faciə baş verib. SİA-nın Daily Mail-ə istinadən verdiyi xəbərə görə, Şotlandiyadakı kiçik Koldstrim şəhərinin yaxınlığında iki yarış avtomobili 9 nəfəri vurub.

Hadisə nəticəsində əvvəlcə bir maşın 4 tamaşaçını əzib. İki saat sonra isə ikinci avtomobil 5 tamaşaçını vurub. Hadisə nəticəsində 3 nəfər həlak olub, 6 nəfər yaralanıb. Polis rallini yarımçıq dayandırıb.

Rallinin Littl Suiton səmtindəki hissəsində İrlandiyanın "Co Mayo" komandasının pilotu Devid Karninin idarə etdiyi Citroen DS3 avtomobilinin yoldan çıxaraq tamaşaçıları əzməsi nəticəsində Renfyurşirdəki Barrhid şəhərinin sakini 64 yaşlı Yan Provan və onun 63 yaşlı xanımı Elizabet Alan, habelə Qlazqo yaxınlığındakı Birsden şəhərinin sakini 71 yaşlı Con Leonard Stern həlak olublar.

Yaralılar Edinburqdakı hospitala aparılıblar. Onların arasında 61 yaşlı kişinin vəziyyəti kritikdir.

Qeyd edək ki, "Jim Clark Rally" beynəlxalq "Formula-1" avtoçempionatının əfsanəvi şotland pilotu Cim Klarka həsr olunmuşdu. C.Klark 1968-ci ildə Almaniyadakı rallidə həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə