Azərbaycan millisi pley-off-da mübarizə aparacaq

Azərbaycan millisi pley-off-da mübarizə aparacaq

Qadın voleybol komandaları arasında Avropa çempionatının ikinci seçmə mərhələsinin növbəti oyunu keçirilib. Azərbaycan Voleybol Mərkəzində təşkil olunmuş yarışda Azərbaycan millisi Bolqarıstan yığmasını qəbul edib.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Bolqarıstan yığması Azərbaycan millisinə 3:1 hesabı ilə qalib gəlib.

Beləliklə, voleybol üzrə Azərbaycan millisi qrup ikincisi olaraq Avropa çempionatının pley-off mərhələsində mübarizə aparacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə