Nazim Babayev: "Finalda iddialıyam"

Nazim Babayev: "Finalda iddialıyam"

Bakıda keçirilən atletika üzrə Yeniyetmələrin 2-ci Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Avropa təsnifat turnirində finala vəsiqə qazanan Nazim Babayev jurnalistlərin suallarına cavab verib. SİA-nın məlumatına görə, üç təkanla tullanmada turnirin rekordunu yeniləyən idmançı təəssüratlarını dilə gətirib: "Hazırlıq zamanı məşqçilər mənə lazımi məlumatları vermişdi. Bütün rəqiblərimə hörmətlə yanaşıram. Amma məqsədim medal qazanmaqdır. İlk mərhələdə istəyirdim Azərbaycan rekordunu yeniləyim. Nəticədə yalnız turnirin rekordunu yeniləmək alındı. Finalda iddialıyam. Sabah Azərbaycan rekordunu yeniləmək, medal və lisenziya qazanmaq istəyirəm. Arzum odur ki, finalda Vətənimə qızıl medal qazandırım. Çox istərdim ki, qələbə qazanım və Azərbaycan himnini səsləndirim".

Bütün xəbərlər Facebook səhifəmizdə