Yelena Qladkova finala vəsiqə qazandı FOTOLAR

Yelena Qladkova finala vəsiqə qazandı FOTOLAR

Bakıda keçirilən atletika üzrə Avropa təsnifat turnirinin ikinci günündə daha bir idmançımız finala vəsiqə qazanıb. SİA-nın məlumatına görə, şüvüllə tullanmada Azərbaycanı təmsil edən Yelena Qladkova 3.65 metr nəticə göstərməklə seçmə mərhələni 9-cu sırada başa vurub. Bu göstərici ilə idmançımız finala vəsiqə qazanan 12 atlet sırasına daxil olub. Seçmə mərhələdə İsveçrə idmançısı Angelica Moser 1-ci sırada qərarlaşıb. Onun nəticəsi 3.80 metr olub.

Qeyd edək ki, final görüşləri sabah keçiriləcək. Medalla yanaşı, lisenziyaların sayı da finalda müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə