Avropa təsnifat turnirində Azərbaycan idmançısı rekordu yenilədi FOTOLAR

Avropa təsnifat turnirində Azərbaycan idmançısı rekordu yenilədi FOTOLAR

Bakıda keçirilən atletika üzrə yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Avropa təsnifat turnirinin ikinci günü Azərbaycan idmançıları üçün uğurla başlayıb. SİA-nın məlumatına görə, üç təkanla tullanmada ölkəmizi təmsil edən Nazim Babayev iki cəhdin yekununda 15.81 metr nəticə göstərməklə A qrupunu 1-ci yerdə başa vurub. Bu göstərici ilə N. Babayev həm turnirin rekordunu təzələyib, həm də yarışın final mərhələsinə vəsiqə qazanıb (Turnirin rekordu 15.55 metr olmaqla Bolqarıstan təmsilçisi Georgi Tsonova məxsus olub). 17 yaşı tamam olmayan N. Babayev ilk mərhələdə Rusiya idmançısı Vitaliy Pavlov, İspaniya atleti Alejandro Kedar, Ukrayna təmsilçisi Pavlo Beznitsi qabaqlayıb.

Üç təkanla tullanmada final mərhələsi sabah keçiriləcək. 12 idmançı Avropa təsnifat turnirinin medalları ilə yanaşı, həm də avqustda Çində keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacaq. İlk 7 yerin sahibi lisenziya əldə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə