"Avropa Oyunları təkcə Azərbaycan deyil, bütün Avropa üçün vacib turnirdir"

"Avropa Oyunları təkcə Azərbaycan deyil, bütün Avropa üçün vacib turnirdir"

Avropa Atletika Assosiasiyasının prezidenti Hansorq Virç yeniyetmələrin 2-ci Olimpiya Oyunlarına lisenziya qazandıran atletika üzrə Avropa təsnifat turnirinin təşkilini yüksək qiymətləndirib. SİA-nın məlumatına görə, qonaq turnirlə bağlı fikirlərini jurnalistlərlə bölüşüb: "Bu turnir yüngül atletika üzrə Azərbaycanda keçirilən ən böyük yarış hesab olunur. Yarışın təşkilində müəyyən suallar yaranmışdı. Çünki, cəmi 5 ay əvvəl Avropa təsnifat turnirinin Bakıda keçiriləcəyi təsdiqlənib. Açılış mərasimində gördüklərim məni sevindirdi. Yarışın təşkilati işləri yüksək səviyyədə həll olunub. İdmançıların nəqliyyat, qidalanma və yaşayış yerləri bizi razı saldı. Ən vacib məqam ondan ibarətdir ki, idmançılar olimpiya kəndində qalır. Bu olimpiya kəndi 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları üçün hazırlanıb. Əminəm ki, Azərbaycan Avropa Oyunlarını nümunəvi şəkildə keçirəcək. Bu, təkcə Azərbaycan deyil, bütün Avropa üçün vacib turnirdir. Azərbaycan artıq istənilən miqyaslı turnirlərə ev sahibliyi etməyi bacarır. Bunu dəfələrlə sübut edib".

Bütün xəbərlər Facebook səhifəmizdə