Mayın 28-də İspaniyanın "Atletiko" (Madrid) klubunun futbolçuları Qabi və Arda Turan, idarə heyətinin sədri Miqel Anxel Gil Marin və klubun prezidenti Enrike Serezo Bakıya gəlmişlər. "Land of fire Azerbaijan" formalı komanda özləri ilə cari mövsümdə qazandığı La Liqa kubokunu da gətirmişlər. Səfərin əsas məqsədi çempionluq sevincini Azərbaycan futbol ictimaiyyəti ilə bölüşməkdir.
Bu münasibətlə "Four seasons" mehmanxanasında təşkil olunmuş tədbirdə E.Serezo demişdir: "Biz La Liqa Kubokunu məhz Azərbaycanın Respublika Günüdə gətirmişik. Sizin ölkənizlə əməkdaşlıqdan fəxr duyuruq. Hər üç turnirdə "Atletiko" mübarizəni sona qədər davam etdirdi. Yalnız Çempionlar Liqasının finalında bəxtimiz gətirmədi ki, "Real"a uduzduq. Ancaq "Atletiko" Avropanın ikinci klubu oldu. Azərbaycan xalqı uğurumuzun bir hissəsidir".
"Atletiko" (Madrid) komandasının yarımmüdafiəçisi A.Turan bildirmişdir ki, sinəmdə "Azərbaycan" yazıldığı üçün fəxr edirəm. Gələcəyimə gəlincə, 2017-ci ilədək komanda ilə müqaviləm var və heç bir başqa klubda oynamaq fikrim yoxdur. "Atletiko"da özümü evdəki kimi hiss edirəm.
Qabi demişdir: "Dəstək üçün Azərbaycana təşəkkür edirəm. Çempionlar Liqasının finalı bizim üçün çətin alındı. Təəssüf ki, qazana bilmədik. Son iki dəqiqə bizi bu kubokdan məhrum etdi. Növbəti mövsümdə daha yaxşı oynayacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB