Ulduz futbolçunun Dünya Çempionatında iştirakı dəqiqləşməyib
Uruqvay millisinin hücumçusu Luis Suarezin müalicəsi davam edir. Sol dizindən əməliyyat olunan futbolçunun Mundialda komandasına kömək edib-etməyəcəyi bilinmir. Bu haqda danışan millinin həkimi Albert Pan Suarezin Dünya Çempionatına qədər meydana qayıtmasının sual altında olduğunu bildirib: "Hazırda onun vəziyyəti yaxşıdır. Ancaq o, bu vəziyyətdə meydana çıxa bilməz. Hələ vaxtımız var. Suarez də əlindən gələni edir ki, Mundiala qədər tam sağalsın".
Qeyd edək ki, futbolçu ayağında ağrılar hiss etdiyi üçün əməliyyat edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB